"Kəpəz" heyəti formalaşdırmaq istiqamətində növbəti addımını atıb.
Komandamız daha bir futbolçu ilə müqavilə müddətini uzadıb.
Sportnet.az xəbər verir ki, "sarı-göylər" Elgün Bayramovla yeni anlaşmaya imza atıb.
Müqavilənin şərtlərinə əsasən, 23 yaşlı qapıçı cari mövsümün sonuna kimi komandamızın şərəfini qorumağa davam edəcək.
Qeyd edək ki, gənc çərçivə qoruyucusu geridə qoyduğumuz mövsümdə komandamızın heyətində 2 matçda meydana çıxıb.














































































