Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, komanda moldovalı yarımmüdafiəçi Viktor Stinanın keçidini rəsmiləşdirib.
28 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. Son olaraq Moldovanın “Zimbru” klubunun formasını geyinən Viktor Stina ölkəsinin milli komandasında da çıxış edib. O, Moldova millisinin heyətində keçirdiyi 30 oyunda 4 qola imza atıb.












































































