Niderlandın "Ayaks" klubu transfer çalışmalarını davam etdirir.
Sportnet.az xəbər verir ki, Niderland klubu "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegeni heyətinə cəlb edib.
34 yaşlı almaniyalı qolkiperlə 1 mövsümlük müqavilə imzalayıb. O, mövsümün sonunadək icarə əsasında "Ayaks"ın formasını geyinəcək.
Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildən "Barselona"da çıxış edir. Təcrübəli əlcək sahibi Kataloniya klubunun heyətində meydana çıxdığı 423 matçda Çempionlar Liqası və 7 dəfə İspaniya çempionluğu daxil olmaqla çoxsaylı titullar qazanıb. Almaniya millisinin heyətində 44 oyunda şans qazanan qapıçı ötən mövsümün ikinci yarısını icarə əsasında "Xirona"da keçirib. O, zədə səbəbindən İspaniya təmsilçisində cəmi 2 matçda iştirak edib.














































































