Ukraynanın "Dinamo Kiyev" komandasının futbolçu Roman Salenko UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçirəcəkləri qarşılaşmalar barədə danışıb.
Sportnet.az xəbər verir ki, hazırda zədədən bərpa prosesi keçən 22 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisinin müsbət tərəflərini vurğulayıb.
Onun sözlərinə görə, "Qarabağ" çox keyfiyyətli oyun sərgiləyir: "Bilirəm ki, ötən mövsüm Çempionlar Liqasında “Çelsi” ilə oynayıb və səhv etmirəmsə, 2:2 hesablı heç-heçə edib. Komanda çox keyfiyyətli futbol nümayiş etdirir. Güclü və çətin rəqibdir. Amma biz “Qarabağ”ı keçməliyik”.
Qeyd edək ki, "Qarabağ" “Dinamo Kiyev” ilə ilk oyununu avqustun 6-da səfərdə, cavab görüşünü avqustun 13-də evdə keçirəcək.











































































