“Bakı” Futbol Federasiyasının təşkilatçılığı ilə “Sabah ulduzları” futbol turnirinə start verilib.
Sportnet.az-ın məlumatına görə, Bayıl stadionunda təşkil olunan tədbirdə 14 və 15 yaşadək futbolçulardan ibarət komandalar meydançaya dəvət olunub.
Daha sonra Dövlət Himni səsləndirilib.
Açılış mərasimində Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, klub rəsmiləri və veteran futbolçular iştirak ediblər.
Qeyd edək ki, turnir 24 komanda arasında keçirilir.









































































