Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu sosial şəbəkədə oğlu ilə bağlı zarafat məzmunlu paylaşım edib.
Sportnet.az xəbər verir ki, 41 yaşlı futbolçu istirahət zamanı Mayorkada çəkilmiş fotolarını izləyiciləri ilə bölüşüb. Ata və oğul çimərlikdə köynəksiz şəkildə obyektiv qarşısına keçərək idman formalarını nümayiş etdiriblər.
“Əl-Nəsr” akademiyasında çıxış edən və gələcəkdə atası ilə eyni komandada oynamağı hədəfləyən 16 yaşlı Kriştianu Ronaldu fiziki göstəricilərinə görə atasından geri qalıb. Ronaldu paylaşımını “Hələ yox” sözləri ilə şərh edərək, oğlunun öz səviyyəsinə çatmaq üçün fiziki hazırlıq üzərində daha çox çalışmalı olduğuna zarafatla işarə vurub.
Qeyd edək ki, Kriştianu Ronaldu bu ilin iyun ayında 16 yaşını tamamlayıb və hazırda “Əl-Nəsr” akademiyasında inkişafını davam etdirir. Portuqaliyalı ulduz daha əvvəl də oğlunun futbol karyerasını dəstəklədiyini, lakin onun üzərində əlavə təzyiq yaratmaq istəmədiyini bildirib.











































































