Azərbaycan millisinin futbolçusu Toral Bayramovun çıxış etdiyi Türkiyənin "Bursaspor" komandası yoxlama oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, "timsahlar" Arda Turanın başçılıq etdiyi Ukrayna təmsilçisi "Şaxtyor"la qarşılaşıb.
Atatürk İdman Kompleksi Matlı Stadionunda təşkil edilən görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.
Toral Bayramov ikinci hissənin 46-cı dəqiqəsində əvəzlənib.









































































