UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Sabah"ın rəqibi olan KuPS ölkə çempionatında növbəti oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, komanda XVII turda doğma meydanda VPS ilə qarşılaşıb.
Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda KuPS 36 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, "Sabah" bu komanda ilə iyulun 28-də səfərdə üz-üzə gələcək. İlk matçda Azərbaycan çempionu qələbəyə sevinib - 1:0.








































































