Uruqvayın sabiq futbolçusu Dieqo Forlan ölkənin milli futbol komandasının baş məşqçisi təyin edilib.
Sportnet.az xəbər verir ki, bu barədə “Marca” nəşri Uruqvay Futbol Assosiasiyasının prezidenti İqnasio Alonsonun açıqlamasına istinadla məlumat yayıb.
Müqavilə 2027-ci ilin mart ayınadək nəzərdə tutulub. 47 yaşlı mütəxəssis bu vəzifədə Marselo Bielsanı əvəz edib.
Forlan məşqçilik karyerası ərzində “Penyarol” və “Atenas” klublarına rəhbərlik edib. Futbolçu kimi isə “Mançester Yunayted”, “Vilyarreal”, “Atletiko” və “İnter” kimi klublarda çıxış edib. O, Uruqvay millisinin heyətində 112 oyunda 36 qol vurub, 2011-ci ildə Kopa Amerika turnirinin qalibi, 2010-cu il dünya çempionatının isə ən yaxşı futbolçusu seçilib.






































































