Argentina millisinin hücumçusu Xulian Alvares komanda yoldaşı və kapitanı Lionel Messinin yenidən dünya çempionu olması üçün əllərindən gələni edəcəklərini bildirib.
Sportnet.az xəbər verir ki, 2026-cı il dünya çempionatının 1/4 final mərhələsində İsveçrə yığması üzərində 3:1 hesablı qələbədən sonra danışan futbolçu vurduğu qoldan sonra ilk olaraq Lionel Messini qucaqladığını deyib.
“Messinin yenidən dünya kubokunu qazanması üçün hər şeyi edəcəyik. Hər oyun onun üçün bir döyüşdür. Qol vurduqdan sonra ilk etdiyim iş Leonu qucaqlamaq oldu. Onun növbəti dəfə dünya çempionu olmasını çox istəyirik”, – deyə X.Alvares bildirib.
Qeyd edək ki, Argentina millisi dünya çempionatının yarımfinal mərhələsində İngiltərə yığması ilə qarşılaşacaq. Görüş iyulun 15-də ABŞ-nin Atlanta şəhərindəki “Mercedes-Benz” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq







































































