Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev yeniyetmələrdən ibarət Azərbaycan milli komandası ilə görüşüb.
Sportnet.az xəbər verir ki, Rəşad Nəbiyev komandanı 29 iyun–2 iyul tarixlərində İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında əldə olunan tarixi nəticə münasibətilə təbrik edib.
O, yarış boyunca idmançıların əzm və yüksək məsuliyyət nümayiş etdirdiklərini vurğulayaraq, son illərdə yeniyetmələr arasında qazanılan davamlı uğurların ölkədə cüdonun sistemli inkişafının göstəricisi olduğunu bildirib.
Federasiya prezidenti çıxışında cüdonun yalnız idman nəticələri ilə deyil, həm də yeniyetmələrin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını qeyd edib. O, idmançıların sağlamlığının, xoşbəxtliyinin və hərtərəfli inkişafının hər zaman prioritet olduğunu vurğulayıb. Rəşad Nəbiyev peşəkar yanaşmanın erkən yaşlardan vərdişə çevrilməsinin vacibliyini diqqətə çatdıraraq, əldə olunan uğurların mükəmməlləşmə yolunda mühüm addım olduğunu və bu nəticələrin gələcəkdə daha böyük hədəflər üçün möhkəm zəmin yaratdığını bildirib.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycan millisi 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanaraq 43 ölkə arasında mükafatların əyarına görə ikinci, ümumi medal sayına görə isə birinci yeri tutub.
741481516_1709634906914402_3759883071712956616_n.jpg
740836247_1754327845925053_9106219157832404083_n
741361185_1521421246141733_650244201845659403_n.jpg