İsveçrə millisi futbol üzrə dünya çempionatında 1/4 finala yüksəlib.
Sportnet.az xəbər verir ki, Murat Yakının baş məşqçi olduğu komanda 1/8 finalda Kolumbiya ilə qarşılaşıb.
Matçın əsas və əlavə vaxtı qolsuz başa çatıb.
Penaltilər seriyasında rəqibini 4:3 hesabı ilə üstələyən İsveçrə adını 1/4 finala yazdırıb.
Növbəti mərhələdə rəqib Argentina olacaq.
DÇ, 1/8 final
00:00. İsveçrə - Kolumbiya - 0:0 (PENALTİLƏRLƏ - 4:3)
PENALTİLƏR SERİYASI:Xuan Kintero - 0:1, Qranit Caka - 1:1, Davinson Sançes - 1:1 (qapı tiri), Zəki Amduni - 2:1, Xaminton Kampas - 2:2, Manuel Akanji - 2:2 (qapıdan kənara), Kuço Hernandes - 2:2 (qapıçı), Sedrik İtten - 3:2, Luis Dias - 3:3, Ruben Varqas - 4:3
Baş hakim: İvan Barton (Salvador)
"BC Place" stadionu.













































































