Türkiyə millisinin yarımmüdafiəçisi Arda Güler ABŞ yığmasına vurduğu qolla dünya çempionatları tarixinə düşüb.
Sportnet.az-ın Opta-ya istinadən məlumatına görə, 21 yaş 120 günlüyündə fərqlənən Güler dünya çempionatlarında qol vuran ən gənc türkiyəli futbolçu olub.
O, sözügedən göstəricidə DÇ-2002-də Kosta-Rikaya qarşı 21 yaş 275 günlüyündə qol vuran Emre Belözoğlunu geridə qoyub.
Qeyd edək ki, ABŞ ila qarşılaşmadakı qol Arda Gülərin dünya çempionatlarındakı ilk qolu kimi tarixə düşüb. 21 yaşlı futbolçu ümumilikdə Türkiyə millisinin heyətində keçirdiyi 33 oyunda 7 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub.














































































