"Qarabağ"ın futbolçusu Abdullah Zubir komandadan ayrılacağına dair iddialara münasibət bildirib.
Bu barədə 35 yaşlı yarımmüdafiəçi Sportnet.az-a eksklüziv açıqlama verib.
Fransalı vinger bildirib ki, Qətərin "Əl Şahaniyə" klubuna keçəcəyinə dair "L`Equipe" nəşrinin xəbəri həqiqətə uyğun deyil.
O, hazırda tam diqqətini "Qarabağ"a yönəltdiyini vurğulayıb: "Mən burada - "Qarabağ"dayam. Komandanın hazırlıq prosesində iştirak edirəm. Avstriya toplanışında və avrokubok qarşılaşmalarında iştirak edəcəyəm. Bir sözlə, komandanı tərk etməyəcəyəm. Çünki 2027-ci ilin iyununadək bu klubla müqaviləm var".
Xatırladaq ki, Abdullah Zubir "Qarabağ"da 1 iyul 2018-ci ildən çıxır edir və bu müddət ərzində komandanın ən vacib oyunçularından birinə çevrilib.









































































