İngiltərənin "Tottenhem" klubu İtaliya millisinin və "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalini heyətinə qatmaq niyyətindədir.
Sportnet.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
London təmsilçisi futbolçunun transferi ilə bağlı “Nyukasl” rəhbərliyi ilə danışıqlara başlayıb. İngiltərə klubu italiyalı yarımmüdafiəçinin transferindən ən azı 120 milyon avro gəlir əldə etmək niyyətindədir.
Xəbərdə bildirilir ki, "Mançester Şiti" də 25 yaşlı futbolçunun xidmətində maraqlıdır və onun transferi uğrunda mübarizəyə qoşula bilər.
Qeyd edək ki, “Nyukasl” Sandro Tonalini 2023-cü ilin yayında 70 milyon avro qarşılığında heyətinə cəlb edib.












































































