Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən gənclər arasında cüdo üzrə Avropa Kubokunda Azərbaycan idmançısı fəxri kürsüyə yüksəlib.
Sportnet.az xəbər verir ki, turnirin ilk günündə -63 kq çəki dərəcəsində mübarizə aparan Nilgün Rzayeva üçüncü yer uğrunda görüşdə Rumıniya təmsilçisi Maya Adamaçini məğlub edərək bürünc medal qazanıb.
Qeyd edək ki, yarışın ikinci günündə Azərbaycanın daha 10 cüdoçusu tatami üzərinə çıxacaq.








































































