Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin Serbiyanın “Partizan” klubu ilə keçirdiyi yoxlama oyununda insident baş verib.
Sportnet.az xəbər verir ki, görüşün gedişində Bakı təmsilçisinin futbolçusu Bassala Sambu ilə rəqib komandanın üzvü Stefan Miriç arasında gərginlik yaranıb.
Buna Miriçin Sambuya qarşı kobud oyunu səbəb olub. Nəticədə futbolçular arasında əlbəyaxa dava düşüb.
Matçın baş hakimi insidentə müdaxilə edərək hər iki oyunçuya birbaşa qırmızı vərəqə göstərib.
Qeyd edək ki, qarşılaşma “Partizan”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.












































































