"Turan Tovuz" heyətinə yeni qapıçı cəlb edib.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, rusiyalı qolkiper Aleksey Kenyaykin ilə 2 illik müqavilə bağlanıb.
27 yaşlı Kenyaykin ilk dəfə legioner həyatı yaşayacaq.
O, karyerası ərzində "Orenburq", "Torpedo" (Moskva), "Volqa" (Ulyanovsk) klublarının formasını geyinib.








































































