İtaliyanın "Yuventus" klubu almaniyalı yarımmüdafiəçi Leon Qoretska ilə maraqlanır.
Spoetne.az xarici mətbuata istinadən xəbər verir ki,
Turin təmsilçisi 31 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlar aparır.
Tərəflər hazırda mümkün müqavilənin maliyyə şərtlərini müzakirə edirlər.
Hazırda Qoretska azad agent statusundadır.
Yarımmüdafiəçinin son klubu "Bavariya" olub. O, Münxen təmsilçisinin heyətində keçirdiyi 312 oyunda 51 qol vurub, 53 məhsuldar ötürmə ilə yadda qalıb.









































































