Bu gün 2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin son oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, hər 3 qarşılaşma Avropa təmsilçilərinin iştirakı olmadan gerçəkləşəcək.
DÇ-2026
1/16 final
3 iyul
22:00. Avstraliya - Misir
Baş hakim: Qustavo Texera (Uruqvay)
Dallas (ABŞ), AT&T stadionu
4 iyul
02:00. Argentina - Kabo Verde
Baş hakim: Drü Fişer (Kanada)
Mayami Qardens (ABŞ), "Hard Rok" stadionu
05:30. Kolumbiya - Qana
Baş hakim: Kleman Türpen (Fransa)
Kanzas Siti (ABŞ), "Errouhed" stadionu
Qeyd edək ki, Kolumbiya - Qana matçının qalibi 1/8 finalda İsveçrəyə, digər oyunların qalibləri isə bir-birinə rəqib olacaqlar.







































































