ABŞ-a viza ala bilmədiyi üçün DÇ-2026-da hakimlik etmək şansını itirən somalili referi Omar Artana UEFA-dan dəstək gəlib.
Sportnet.az xəbər verir ki, Avropa futbol qurumu 2026-cı il UEFA Superkuboku matçını məhz Artana həvalə edib.
Somalili baş hakim avqustun 12-də Avstriyanın Zalsburq şəhərində keçiriləcək və PSJ ilə "Aston Villa" arasında baş tutacaq qarşılaşmanın baş hakimi olacaq.
Xatırladaq ki, Omar Artan DÇ-2026-da oyun idarə etməli olan hakimlər siyahısında yer alırdı. Lakin ABŞ-a giriş vizası ala bilmədiyi üçün mundialdan kənarda qalmışdı. Bu hadisə futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olmuşdu.
UEFA-nın onu Superkubok kimi nüfuzlu oyuna təyin etməsi isə bir çoxları tərəfindən somalili referiyə göstərilən etimad və dəstək jesti kimi qiymətləndirilir.
Qeyd edək ki, UEFA Superkubokunda ötən mövsümün Çempionlar Liqası və Konfrans Liqasının qalibləri – PSJ və "Aston Villa" üz-üzə gələcəklər.




















































































