“Turan” voleybol komandası yeni transferini açıqlayıb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Azərbaycan millisinin blokçusu Mariya Kirilyuk heyətə cəlb olunub. Onunla 1 illik müqavilə imzalanıb.
Mariya Kirilyuk karyerası ərzində Rusiya və Çin çempionatlarında da çıxış edib.









































































