Qız basketbolçulardan ibarət U-20 milli komandası debüt etdiyi Avropa çempionatı B divizionunda ilk qələbəsini Albaniya seçməsi üzərində qazanıb.
Sportnet.az xəbər verir ki, oyun yığmanın 88:60 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın qrupda sonuncu oyunu 6 iyul Bakı vaxtı ilə saat 18:45-də Yunanıstana qarşı olacaq.










































































