Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova çıxış etdiyi "Turan" klubu ilə müqaviləsinin müddətini uzadıb.
Bu barədə Sportnet.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
O, növbəti mövsümdə də Tovuz təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Ayşən Abduləzimova başa çatan mövsümdə “Turan”ın heyətində Yüksək Liqanın çempionu olub.









































































