Futbol üzrə dünya çempionatında Misir Avstraliyanı məğlub edib.
Sportnet.az xəbər verir ki, ABŞ-nin Dallas şəhərindəki AT&T stadionunda keçirilmiş 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 1:1.
Hesabı 13-cü dəqiqədə misirli Emam Aşur açıb. 55-ci dəqiqədə isə Afrika təmsilçisinin müdafiəçisi Mohamed Hani topu öz qapısına göndərib.
Bununla da hesab bərabərləşib və oyun əlavə vaxta gedib. Lakin həmin bölümdə fərqlənən tərəf olmayıb.
Penaltilər seriyasında daha dəqiq oynayan (4:2) Misir 1/8 finala yüksəlib.
Komandanın 1/8 final raundundakı rəqibi Argentina - Kabo Verde cütünün qalibi olacaq.













































































