İyunun 6-7-də Estoniyanın paytaxtı Tallində cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından Sportnet.az-a verilən məlumata görə, ölkəmiz yarışda 7 çəki dərəcəsində 10 qadın cüdoçu ilə təmsil olunacaq.
Qadınlar
-48 kiloqram
Şəfəq Həmidova
Diana Tçkayeva
52 kiloqram
Gültac Məmmədəliyeva
57 kiloqram
Ülviyyə Bayramova
Gülnarə Bayramova
63 kiloqram
Fidan Əlizadə
70 kiloqram
Aytac Qardaşxanlı
Südabə Ağayeva
78 kiloqram
Nərmin Əmirli
+78 kiloqram
Madina Kaisinova
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq turnirdə 35 ölkədən 261 idmançı mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, A kateqoriyalı hakimlər Arzu Acalova və Rəşad Əliyev də yer alacaq.



















































































