ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı tarixdə ən yüksək azarkeş iştirakının qeydə alındığı mundial olub.
Sportnet.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mundialın 104 oyununu ümumilikdə 6 milyon 810 min 966 azarkeş stadionlardan izləyib. Bununla da 1994-cü ildə ABŞ-da keçirilmiş dünya çempionatına məxsus 3 milyon 587 min 538 nəfərlik rekord geridə qalıb.
Qeyd edək ki, DÇ-2026 48 komandanın iştirakı ilə təşkil olunan ilk dünya çempionatı olub. Turnirin finalında İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu adına yiyələnib.










































































