UEFA Avropa Liqasında mübarizə aparacaq Azərbaycanın "Qarabağ" klubunun III təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər səbətində yer alacağı dəqiqləşib.
Sportnet.az xəbər verir ki, III təsnifat mərhələsinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək.
Ağdam təmsilçisi II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA komandası ilə qarşılaşacaq.
Püşkatma öncəsi "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibləri də bəlli olub. Komanda növbəti mərhələdə "Şerif" (Moldova) – "Makkabi" (Təl-Əviv, İsrail) cütünün qalibi, "Şturm" (Avstriya) – "Harts" (Şotlandiya) cütünün məğlubu və ya "Fənərbağça" (Türkiyə) – "Qurnik" (Polşa) cütünün məğlubu ilə üz-üzə gələ bilər.











































































