O, öz üzərində çox çalışdığını söyləyib:
"Rəqibin zəif və güclü tərəflərini təhlil etmişəm. Öz üzərimdə çox çalışmışam. Şənbə günü özümü göstərməyə çalışacağam. Bonusu qazanmaq məqsədimiz deyil".
N.Sadıxov son qarşılaşmada məğlub olduğunu xatırladıb:
"Düşünürəm ki, bir qədər məşqim az olmuşdu. Növbəti görüşdə qələbəyə köklənəcəyəm və sıfırdan başlayacağam. Öz taktikamla döyüşmək istəyirəm. Amma bəzən içimdə hisslər ortaya çıxır. İstər Bakı, istərsə də başqa yerdə təzyiq olur. Bu yarışda da əlimdən gələni edəcəyəm".
Xatırladaq ki, "UFC Fight Night" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Nazim Sadıxov yüngül çəki dərəcəsində braziliyalı Mateus Kamilo ilə döyüşəcək.












































































