Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə vəsiqə qazanan "Şəfa" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az paytaxt təmsilçisinə istinadən məlumatına görə, bu posta Zaur Həşimov təyin olunub.
44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Z.Həşimov futbolçu kimi "Şəfa"nın formasını geyinib və 2000/2001 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.
O, "Qəbələ" və "Zirə" klublarında məşqçi kimi çalışıb. Eyni zamanda, Bakı klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib.
Zaur Həşimov həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.













































































