Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq tədbir öncəsi Azərbaycan çempionu "Sabah"ın potensial rəqibləri sırasında azalma baş verib.
"Sabah" Finlandiyanın "KuPS Kuopio" komandasını üstələyəcəyi təqdirdə, səpələnməmişlər sırasına düşəcək.
Potensial rəqiblər isə bunlar olacaq:
"Omoniya (Kipr) - "Kayrat Almatı" (Qazaxıstan) cütünün qalibi
"Larne" (Şimali İrlandiya) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi
"Levski Sofiya" (Bolqarıstan) - "Universitatya Krayova" (Rumıniya) cütünün qalibi









































































