Şotlandiya millisi DÇ-2026-nın pley-off mərhələsinə yüksəlmə şansını rəsmən itirib.
Sportnet.az xəbər verir ki, buna L qrupunun III turunda Qananın Xorvatiyaya 1:2 hesabı ilə məğlubiyyəti səbəb olub.
Bu nəticədən sonra Qana yığması 4 xalla qrupu üçüncü pillədə başa vurub və üçüncü yerlər arasında formalaşan reytinqdə ikinci sıraya yüksəlib.
C qrupunda 3 xalla üçüncü olan Şotlandiya yığmasının isə ən yaxşı üçüncü yerlər sırasına düşmə ehtimalı qalmayıb. Britaniya təmsilçisi qrup mərhələsini 1 qol vurub, 4 top buraxaraq mənfi 3 top fərqi ilə başa vurub.
Bununla da Şotlandiya millisi dünya çempionatında mübarizəni qrup mərhələsində dayandıran komandalar sırasına qoşulub.












































































