I Liqada mübarizə aparan “Baku Sportinq”in yeni baş məşqçisi açıqlanıb.
Sportnet.az xəbər verir ki, komandanın “sükanı” Samir Ələkbərova tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
57 yaşlı mütəxəssislə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Ələkbərov “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt” və “İrəvan” klublarında işləyib. O, son olaraq “Baku Sportinq”də akademiyada koordinator vəzifəsində çalışırdı.


















































































