İtaliyalı təcrübəli mütəxəssis Françesko Kadeddu “Murov Az Terminal” klubunun kişilərdən ibarət komandasının baş məşqçisi təyin olunub.
Bu barədə Sportnet.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
O, karyerasına İtaliyada başlayaraq ölkə çempionatı, İtaliya k
Kuboku və Superkubok kimi nüfuzlu turnirlərdə qələbələr qazanıb. Həmçinin CEV Cup və Çelenc Kuboku kimi Avropa yarışlarında uğurlar əldə edib.
Beynəlxalq arenada Françesko Sloveniya və Bolqarıstan milli komandalarında, o cümlədən əsas heyətdə və U-21 yığmasında çalışıb. 2023-cü ildə U-21 dünya çempionatında bürünc medal, 2025-ci ildə isə dünya çempionatında gümüş medal qazanılmasında mühüm rol oynayıb.
Onun nailiyyətləri arasında klub dünya çempionatının bürünc medalı və 2024-cü ildə Bolqarıstan kubokunun qalibi olması da yer alır.








































































