Azərbaycanın iki cüdoçusu Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirində medal qazanıb
Sportnet.az-ın məlumatına görə, 81 kq-da çıxış edən Zelim Tçkayev qızıl medala sahib olub.
O, finalda Avstriya təmsilçisi Bernd Faşinqi məğlub edib.
Eyni çəkidə yarışan Olimpiya, dünya və 4 qat Avropa çempionu Hidayət Heydərov isə bürünc medala yiyələnib. Heydərov 3-cü yer uğrunda görüşdə rusiyalı Yeqor Şukoparovu üstələyib.
Digər azərbaycanlı cüdoçulara gəldikdə, Rəşid Məmmədəliyev (73 kq) təsəlliverici görüşdə uduzaraq, 7-ci yeri tutub.
Fidan Əlizadə (63 kq) ilk görüşdəcə uduzaraq, yarışla erkən vidalaşıb.
Südabə Ağayeva (70 kq) yarış öncəsi məşqdə zədələndiyi üçün tatamiyə çıxmayıb.
Ötən gün Əhməd Yusifov (-60 kq) bürünc mükafata yiyələnib.
Cüdoçu üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Enzo
Janı yuko xalı ilə məğlub edib.














































































