Danimarkanın “Orhus” komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Sabah”la keçirəcəyi cavab oyununa ciddi itki ilə çıxacaq.
Sportnet.az xəbər verir ki, komandanın müdafiə xəttindəki lideri Frederik Tinqager zədə səbəbindən Bakıya gətirilməyib.
33 yaşlı stopper ilk oyunun 27-ci dəqiqəsində zədələnərək meydançanı tərk etmişdi.
“Orhus”un baş məşqçisi Yakob Poulsen Bakıda keçirilən mətbuat konfransında Tinqagerin vəziyyəti ilə bağlı danışıb: “Tinqager sabahkı oyunun iştirakçıları arasında olmayacaq. O, Orhusda qalıb. Bununla belə, komandanın qalan üzvlərinin vəziyyəti yaxşıdır. Xoşbəxtlikdən, həftəsonu oyun keçirmədik. Bu fasilə bizim üçün çox faydalı oldu”.
İlk matçda meydançaya çıxan və sonradan qıcolma səbəbindən əvəzlənən Kolin Rösler isə cavab görüşündə oynamağa hazırdır.
Qeyd edək ki, ilk qarşılaşmada “Orhus” “Sabah”ı 2:1 hesabı ilə məğlub edib. Cütün qalibi Avropa Liqasının, məğlub tərəf isə Konfrans Liqasının əsas mərhələsində iştirakını təmin edəcək.




































































