“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin MRT müayinəsinin nəticəsi bəlli olub.
Klubdan Sportnet.az-a bildirilib ki, müayinə nəticəsində 26 yaşlı müdafiəçinin sağlamlığında hər hansı problem aşkarlanmayıb.
Cəfərquliyev hazırda komanda ilə məşqlərini davam etdirir.
Qeyd edək ki, Elvin Cəfərquliyev “Qarabağ”ın Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev” ilə ilk oyununun 75-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Bundan sonra futbolçunun vəziyyətinin dəqiq müəyyənləşdirilməsi üçün MRT müayinəsi aparılıb.






































































