Braziliya millisinin və “Santos” klubunun hücumçusu Neymar milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.
Sportnet.az xəbər verir ki, 34 yaşlı futbolçu bu barədə açıqlamasında bildirib.
“Düşünürəm ki, Braziliya millisindəki hekayəm başa çatıb. Mən hər şeyimi verdim. Bütün ürəyimi və həyatımı sərf etdim, amma indi artıq bunu etmək istəməyəcəyimə inanıram”, - deyə o bəyan edib.
Neymar 2010-cu ildə Braziliya millisində debüt edib. O, milli komandanın heyətində bütün turnirlərdə 130 oyun keçirib, 80 qol vurub və 59 məhsuldar ötürmə edib. Hücumçu Braziliya millisinin tarixində ən çox qol vuran futbolçudur.
2026-cı il dünya çempionatında Braziliya millisi 1/8 finala qədər irəliləyib. Bu mərhələdə komanda Norveçə 1:2 hesabı ilə uduzub. Neymar həmin görüşdə komandasının yeganə qolunu vurub.
Neymar Braziliya ilə 2013-cü ildə Konfederasiyalar Kubokunu qazanıb. O, 2016-cı ildə kapitan kimi ölkəsinin olimpiya yığmasının heyətində Olimpiya Oyunlarının qızıl medalına sahib çıxıb.














































































