Araz-Naxçıvan" komandası Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümündə ev oyunlarını keçirəcəyi stadionun müəyyənləşdirilməsi ilə bağlı çətinlik yaşayır.
Sportnet.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, klub hazırda stadion seçimi ilə bağlı müxtəlif variantları nəzərdən keçirir.
"Araz-Naxçıvan" stadion seçimi məsələsində problem yaşayır. Variantlar üzərində çalışırlar. Klubdan bizə hələlik bununla bağlı rəsmi müraciət gəlməyib", – deyə E.Abbasov vurğulayıb.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünə avqustun 14-də start veriləcək.





































































