"Qarşşdakı dünya çenpuonatında hər bir idmançımıza inanıtıq. Bilirik ki, hər biri medal uğrunda döyüşmək potensialına malikdirlər. Yetər ki, hazırlıq proseslərinə məsuliyyətlə yanaşsınlar. Hətta qadınlardan ibarət komanda da".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti deyib.
O, əsas məsələnin cüdoçuların sonadək vurulmaqla, verilən tapşırığı can-başla yerinə yetirməkdən ibarət olduğunu dilə gətirib.
Digər vitse-prezident, olimpiya çempionu Elnur Məmmədli isə idmançıların can-başla və sonadək vuruşacaqlarına inam ifadə edib: "İdmançılarımız hər bir yazını oxuyurlar. Məqsəd odur ki, bütün çəkiləndə psixoloji durum yaxşı olsun. Hər şey istədiyimiz kimi olacaq".













































































