“Kəpəz” heyətinə yeni futbolçu cəlb edib.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, “sarı-göylər” Vadim Abdullayevi heyətinə qatıb.
31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Ötən mövsümü “Karvan-Yevlax” keçirən futbolçu 31 oyunda meydana çıxıb və 1 qol vurub.













































































