Futbol üzrə dünya çempionatında Kurasao Fildişi Sahili ilə üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, Filadelfiya stadionunda keçirilən E qrupunun III turunun matçında afrikalılar qələbə qazanıblar - 2:0.
7 və 64-cü dəqiqələrdə Nikolya Pepe diqqət mərkəzinə düşüb.
Bu nəticənin ardından Fildişi Sahili qrupu ikinci tamamlayıb. Son sırada yer alan Kurasao isə mundialla vidalaşıb.












































































