"Qəbələ" komandasında ayrılıq yaşanıb.
Sportnet.az xəbər verir ki, konqolu futbolçu Domi Massumo Ermənistan təmsilçisi "Alaşkert"lə müqavilə imzalayıb.
Bu barədə İrəvan klubunun rəsmi saytı məlumat yayıb.
Massumo başa çatan mövsümdə 9 qolla "Qəbələ"nin bombardiri olub.
Qeyd edək ki, "Alaşkert" ötən mövsüm Ermənistan çempionatında 4-cü yeri tutub və UEFA Konfrans Liqasına vəsiqə qazanıb.











































































