"Sabah" klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka "Orhus"u ilə mübarizədən məğlub ayrılsa, qitənin ikinci klub turnirində 4 cütdən birinin qalib komandası ilə qarşılaşacaq:
"Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya)
"Makkabi (Təl-Əviv, İsrail) - MOİK (Sofiya, Bolqarıstan)
"Lex" (Poznan, Polşa) - "Klaksvik" (Farer adaları)
"Qradets (Kralove, Çexiya) - "Beşiktaş" (Türkiyə)
Qeyd edək ki, püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.










































































