"Qarabağ" komandası Bolqarıstanda MOİK-ə qarşı UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə ciddi itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, oyunun əlavə vaxtında Zakaria Savo zədələnib.
Oyunu davam etdirə bilməyən 26 yaşlı hücumçu 99-cu dəqiqədə meydançanı tərk edib. Onu Musa Qurbanlı əvəzləyib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.












































































