"Sabah"ın növbəti mərhələyə yüksələcəyinə inanıram".
Bu sözləri Sportnet.az-a açıqlamasında “Sabah”ın ispaniyalı keçmiş müdafiəçisi Con İrasabal sabiq komandasının UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-la keçirəcəyi cavab oyunu ilə bağlı danışarkən deyib.
O, "Sabah" haqqında müsbət fikirlər səsləndirib: "Onlar həqiqətən mövsümə çox yaxşı başladılar. Komanda həm heyət, həm də oyun keyfiyyəti baxımından ciddi inkişaf edib. Bu gün də KuPS-a qalib gələcəklərini düşünürəm. Çünki "Sabah" buna qadir kollektivdir. İnanıram ki, Avropada daha da irəli gedəcəklər".
Qeyd edək ki, Kuopio Mərkəzi Stadionunda keçiriləcək KuPS – “Sabah” görüşü Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Bakıdakı ilk oyunda “Sabah” 1:0 hesablı qələbə qazanıb.














































































