Avropa Liqasında "Qarabağ"ın rəqibi olan ÇSKA Bolqarıstan çempionatında 2-ci turun matçını keçirib.
Sportnet.az xəbər verir ki, Xristo Yanevin rəhbərlik etdiyi kollektiv evdə "Botev"lə üz-üzə gəlib.
Sofiya klubu bu görüşdə 3:2 qələbə qazanıb.
"Qarabağ"ın rəqibi 4 xalla 5-ci pillədədir.
ÇSKA - "Qarabağ" matçı iyulun 30-da keçiriləcək. Komandalar arasında ilk oyun 0:0 başa çatıb.













































































