Braziliya A Seriyası matçında “Şapekoense” ilə 2:2 hesablı heç-heçə edən “Santos”da Neymarın fasilədə gənc komanda yoldaşları ilə mübahisə etdiyi iddia olunur.
Sportnet.az xəbər verir ki, 34 yaşlı hücumçu dünya çempionatından sonra ilk matçında komandasını məğlubiyyətdən xilas edib.
O, əsas vaxtın sonlarında penaltini dəqiq yerinə yetirərək, qarşılaşmada dubl edib.
“GeGlobo”nun məlumatına görə, Neymar fasilə zamanı gənc futbolçular Qabriel Bontempo və Joao Ananiasla sərt danışıb. İddialara əsasən, braziliyalı ulduz Bontemponu təhqir edərək onun gələn mövsüm “Şapekoense” ilə ikinci divizionda qarşılaşacağını deyib.
“Santos”da hesab edirlər ki, fasilədə yaşanan münaqişə komandanın ikinci hissədəki oyununa mənfi təsir göstərib. Futbolçular sərt söhbətin baş verdiyini təsdiqləsələr də, Neymarın təhqiramiz ifadələr işlətdiyini inkar ediblər.
Klub rəhbərliyi məsələ ilə bağlı daxili araşdırmaya başlayıb.











































































