Çexiya Prezidenti Petr Pavel Formula 1 üzrə Macarıstan Qran-prisində rəsmi qonaq kimi deyil, fotoqraf qismində iştirak edib.
Sportnet.az xəbər verir ki, idman fotoqrafiyası dövlət başçısının əsas hobbilərindən biridir. O, bu məqsədlə yarışa tam peşəkar fotoavadanlıq və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi akkreditasiyası ilə qatılıb.
Petr Pavel şənbə günü Hunqarorinq avtodromunda keçirilən sessiyalar zamanı çəkilişlər aparıb. Onu məşhur çexiyalı Formula 1 fotoqrafı Jiri Krenek müşayiət edib.
Qeyd edək ki, Çexiya Prezidenti bundan əvvəl də “24 saat Le Man”, Dakar rallisi və MotoGP yarışlarında fotoqraf kimi fəaliyyət göstərib.










































































