Azərbaycan bocciaçıları Misirin Qahirə şəhərində Çellencer turnirində mübarizə aparacaqlar.
Milli Paralimpiya Komitəsindən Sportnet.az-a verilən məlumata görə, Azərbaycanı yarışda 3 idmançı təmsil edəcək.
Bunlar Sona Ağayeva, Orxan Kərimov (hər ikisi BC2 kateqoriyası) və Zaur Veysəlovdur (BC4 kateqoriyası).
25-31 iyul tarixlərində keçiriləcək turnir “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq.







































































